İyulun 14-də YARAT Müasir İncəsənət Məkanının gənc rəssamları “Daxili gurultu” adlı duet sərgisinin açılışını keçirəcəklər.

YARAT-ın “Artım” layihə məkanında gənc rəssamlar Leyla Qabulova və Murad Vəliyevin əsərləri təqdim olunacaq.

Rəssamlar öz əsərlərində eqo, ictimai qınaq, ikiüzlülük, kollektiv və fərdi travmalar, zorla boynumuza qoyulan, bizə sırıdılan yarlıqlar və hekayələr kimi vacib problemləri qabardıblar. Onlar öz əsərləri ilə əsas sosial standartların həqiqiliyinə meydan oxuyur və destruktiv davranış modellərindən uzaqlaşmaq üçün öz hekayələrini təklif edirlər.

Artım” məkanında “Daxili gurultu” sərgisi sentyabrın 25-dək nümayiş olunacaq.