Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı iyulun 13-də yeni tamaşasını təqdim edəcək.

“Cənnətə bilet” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş olunacaq.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullara həsr olunmuş tamaşanın müəllifi və rejissoru İlhamə Əhmədova, quruluşçu rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Hüseynli, dekor müəllifi Ceyhun Həşimovdur.

Rolları teatrın aktyorları Qurban Əhmədov, Mehman Piriyev, Flora Hüseynova, Gülnar Əlizadə, Toğrul İsabəyli, Əli Babayev ifa edirlər.