AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi şurasının qərarı ilə Nabatəli Qulamoğlunun “Müasir Azərbaycan dilinin normativ punktuasiyası” monoqrafiyası çap olunub.

İnstitutdan bildirilib ki, kitabda elektron media və sosial şəbəkədə punktuasiya, intonasiya və punktuasiya, sitatlarda, dialoqda, vasitəsiz nitqdə durğu işarələri məsələləri araşdırılıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyanın redaktoru professor Qəzənfər Kazımov, rəyçilər professorlar Nadir Məmmədli, İsmayıl Kazımov və İsmayıl Məmmədlidir.