Azərbaycan Kinematoqrafçılar İttifaqının “Cənubda kino günləri” layihəsi çərçivəsində iyulun 13-14-də Lerik rayonunda filmlər nümayiş olunacaq.

Kino günlərində tamaşaçılara Mirbala Səlimlinin “Qırmızı bağ”, Elvin Adıgözəlovun “Biləsuvar”, İlqar Nəcəfin “Nar bağı”, Namiq Ağayevin “Ol”, Məzahir Həşimovun “Sizə məktub var”, Amil Amalın “Titrəmə”, “Dəhlizdə”, Kamal Yaşarın “Dan yeli”, Nurlan Həsənlinin “Bir ata haqqında”, Rövşən Nicatın “Hədiyyə”, Türkan Hüseynovanın “Papanin”, Ərturan Nəcəfin “Səs” qısametrajlı və tammetrajlı filmləri göstəriləcək.

Ekran əsərləri saat 11:00-da Lerik Mədəniyyət Mərkəzində və saat 15:00-da Piran kənd Folklor evində göstəriləcək.

“Cənubda kino günləri” layihəsinin icraçı prodüseri İntiqam Hacılıdır.