Bakı Şəhər Mədəniyyət Baş İdarəsi İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində aktyor, bədii qiraət ustası, Əməkdar artist Azad Şükürovla görüş keçirilib.

Baş İdarədən bildirilib ki, görüşdə sənətkarın həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub. Azad Şükürov görüşə görə təşəkkürünü bildirib, iştirakçıları maraqlandıran mövzularda fikirlərini bölüşüb. Bədii qiraət ustasının söylədiyi şeirlər xoş ovqat yaradıb.

Tədbirdə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, Ağdam "Şur" ansamblının rəhbəri, Əməkdar mədəniyyət işçisi Fərhad Əliyev, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Nüşabə Ələkbərova və digər qonaqlar iştirak ediblər.

Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov tərəfindən qonağa fəxri fərman təqdim olunub.