Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qurban Abbasov adına Mədəniyyət Sarayında (Suraxanı rayonu Qaraçuxur qəsəbəsi) "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib.

Baş İdarədən bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, müharibə veteranları, qazilər və digər qonaqlar iştirak ediblər.

Nurəddin Mehdixanlı görüş iştirakçılarını maraqlandıran mövzularda fikirlərini bölüşüb, Şahin Musayevin "Qarabağ Azərbaycandır" şeirini qiraət edib.