Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzində “Gəncliyini məhv etmə!” adlı tədbir keçirilib. Tədbirdə gənclərə narkotik vasitələrdən kənar durmaq və onun fəsadları barədə geniş məlumat verilib. Sonda narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirilib.

***

Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Narkomaniya alverçisi” filmi nümayiş etdirilib.

***

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Ağ ölüm”ə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Gənclərin və mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər narkomaniyanın mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vurduğunu, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıb, bu bəlaya qarşı ümummilli mübarizə aparmağın vacibliyini bildiriblər.

***

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək!” adlı tədbir təşkil edilib. Tədbirdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, “Aran” TV-nin redaktoru Gündüz Nəcəfov və digərləri çıxış edərək narkomaniyanın fəsadlarından danışıb, bu bəlanın qarşısının alınması istiqamətində təkliflər irəli sürüblər.

***

Gəncə RMİ Kəlbəcər rayon MKS-nin oxu zalında “Ağ ölüm”ə yox deyək!” başlığı altında tədbir keçirilib. Oxu zalının müdiri Mehriban Həbibullayeva narkomaniya və onun gənclərimizə vurduğu zərər haqqında məlumat verib.

Hazırladı: N.Məmmədli