Birinci Qarabağ müharibəsi şəhidi Adil Rüstəmov haqqında sənədli filmin çəkilişlərinə başlanılıb.

“Qanlı vəsiqə” sənədli filmi “Nova Gorica” kino mərkəzi “Euroclima” şirkətinin dəstəyi ilə çəkilir.

Filmin rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev və Yağmur İbrahimovdur, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri Aslan Abdullayevdir.

Adil Rüstəmov 1963-cü ildə Zəngilan şəhərində anadan olub. 1991-cı ildə Azərbaycan Milli Ordusuna yazılıb, rota komandiri, ardınca kəşfiyyat komandiri təyin edilib. 1992-ci il dekabrın 10-da Ermənistan silahlı dəstələrinin Zəngilan rayonun Şayıflı kəndinə hücumu zamanı düşmənlə əlbəyaxa döyüşdə qəhrəmanca həlak olub. Zəngilan şəhər qəbiristanlığında dəfn olunub. Ölümündün sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.