Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda fotomüsabiqə keçirilir.

MOK-un Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi fotomüsabiqəyə hər iştirakçı maksimum 10 fotoşəkillə qatıla bilər.

8 avqustda başlayan müsabiqədə iştirak etmək istəyənlər 1 oktyabr tarixinə qədər rəngli və ya ağ-qara formatda şəkilləri serhedsiz_idman@mail.ru  elektron ünvanına göndərə bilərlər. Fotoşəkillərin üzərində heç bir ad, simvol, loqo qoyulmasına icazə verilmir. Kompüter və ya digər texnologiya vasitələrinin imkanları ilə hazırlanmış foto işlər qəbul edilmir. Fotolar real idman hadisəsini əks etdirməklə yanaşı, müsabiqə mövzusunun tələblərinə cavab verməlidir.

Müsabiqədə Azərbaycan Respublikası vətəndaşları olan peşəkar və həvəskar fotoqraflar iştirak edə bilərlər. İştirakçılar öz işlərini təşkilat komitəsinə (serhedsiz_idman@mail.ru) göndərdikdən sonra MOK-a yaxınlaşmalı və “İştirakçı anketi”ni dolduraraq təqdim etməlidirlər.

Birinci, ikinci (2 nəfər) və üçüncü (3 nəfər yerləri tutanlara pul mükafatı və diplom veriləcək.

Müsabiqə başa çatdıqdan sonra növbəti ayda müsabiqədə iştirak edən fotoqrafların işlərindən ibarət fotosərgi keçiriləcək.

Əlaqə telefonları: +99412 465-13-12; +99412 465 84 38; +99450 981 41 31