Monqolustanın Ötükən bölgəsinin Xanqay silsiləsində türk tarixinə işıq tutacaq yeni bir arxeoloji kəşfə imza atılıb.
Beynəlxalq Türk Akademiyasının Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutu ilə birgə elmi-arxeoloji ekspedisiyası Kültegin və Bilgə Xaqanın atası, türk xaqanlığının qurucusu Kutluq İltəriş Xaqanın yeni külliyyəsini aşkar edib.
Kompleksdə tapılan yeni daş kitabə üzərində türk və soğd dillərində mətnlər yer alıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı tarixi məkana baş çəkərək abidə ilə tanış olub.