Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası Birinci Qarabağ müharibəsində şəhid olan igid oğulları tanıtmaq məqsədilə “Milli Qəhrəmanları unutmuruq” layihəsini həyata keçirir.

Layihə çərçivəsində kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva “Avqust ayında doğulan Azərbaycanın Milli Qəhrəmanları” adlı videoçarx hazırlayıb.

Baş idarədən bildirilib ki, videoçarxda avqust ayında dünyaya göz açmış Milli Qəhrəmanlar Ehtiram Əliyev, Rövşən Əliyev və Yunis Nəcəfovun Vətənin müdafiəsi uğrunda göstərdikləri igidliklər haqqında məlumat verilir. Qeyd edək ki, bu il həm də Ehtiram Əliyevin və şəhid R.Əliyevin 50 illik yubileyləridir.

Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini əziz tutur və onları gənc nəslə nümunə kimi təqdim edir.