2022-ci ilin iyul ayında İstanbul şəhərinə 1 milyon 759 min əcnəbi turist gəlib. Bu, İstanbulda aylıq turist sayına görə son 10 il üzrə rekord göstəricidir.

Bu barədə İstanbul Şəhər Mədəniyyət və Turizm İdarəsi məlumat yayıb.

Məlumata əsasən, bu ilin yeddi ayı ərzində şəhəri 8 milyon 515 min xarici turist ziyarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz çoxdur.

2022-ci ilin yanvar-iyul ayları üzrə Türkiyəyə gələn hər üç turistdən biri İstanbulu seçib.

Mehparə Sultanova
Ankara