Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı oktyabr ayında tamaşaçıları repertuarındakı maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir.

Teatr oktyabrın 1-də “Ölülər” (C.Məmmədquluzadə) tamaşasını təqdim edib.

Növbəti günlərin afişası isə belədir:

2 oktyabr. “Mənim günahım” (İ.Əfəndiyev)

6 oktyabr. “Yay günü” (S. Mrojek)

7 oktyabr. “Filumena Marturano” (E.Filippo)

8 oktyabr. “Şah Qacar” (Ə. Əmirli)

9 oktyabr. “Dəli yığıncağı” (C. Məmmədquluzadə)

13 oktyabr. “Medeya” (Evripid)

14 oktyabr “Qürbətdən gələn məktublar” (H. Həsənov)

15 oktyabr (“Qətibə İnanc” M.S. Ordubadi 19.00

16 oktyabr. “Ah, bu uzun sevda yolu…” (Ə. Əmirli)

20 oktyabr. “Xanuma” (A. Saqareli)

21 oktyabr. “On ikinci gecə və ya hər nə istəsəniz” (V. Şekspir)

22 oktyabr. “Cəhənnəm sakinləri” (Elçin)

23 oktyabr. “Sinif yoldaşları” (Y. Polyakov)

26 oktyabr. “Manqurt” (Ç. Aytmatov)

28, 29, 30 oktyabr. “Zəfər yolu” (Azər Paşa)

Tamaşalar saat 19-da başlayır.

***

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı oktyabr ayına “Ər və arvad” (Üzeyir Hacıbəyli) tamaşasının nümayişi ilə başlayıb.

Növbəti günlərin tamaşa menyusu (gündüz tamaşaları saat 12-də, axşam tamaşaları saat 19-da başlayır) isə belədir:

2 oktyabr – “Fransızsayağı qarnir”

7 oktyabr – “Psix”

8 oktyabr –“Paris Notr-Dama ithaf”

9 oktyabr – “Qırmızıpapaq”; “Bəxtiyar”

14 oktyabr – “Lara Martins Jazz club”

15 oktyabr – “Meşə çaqqalsız olmaz”; “999-cu gecə”

16 oktyabr – “Qoğal”; “O olmasın, bu olsun”

21 oktyabr – “Silva”

22 oktyabr – “Dəcəl çəpişlər”; “Məchul pilləkən”

23 oktyabr – “Qırmızıpapaq”; “Qızıl toy”

28 oktyabr – “Baladadaşın toy hamamı”,

29 oktyabr – “Bremen musiqiçiləri və Pen”; “Beş manatlıq gəlin”

30 oktyabr – “Buratino”; “Kimdir müqəssir”

***

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da oktyabr afişası zəngindir.

1 oktyabrda teatrın səhnəsində gündüz seansında P.Pançevin “Dörd əkizin nağılı”, axşam isə H.Cavidin “Ana” əsərlərinin tamaşaları göstərilib.

Gündüz tamaşaları saat 12-də, axşam tamaşaları saat 19-da başlayır.

Növbəti günlərin afişası:

2 oktyabr. P.Nurəliyeva – “Dəcəl keçi”; M.F.Axundzadə – “Sərgüzəşti- Vəziri Xani Lənkəran”

8 oktyabr. A.Şaiq – “Danışan gəlincik”; Ə.Haqverdiyev – “Xortdanın cəhənnəm məktubları”

9 oktyabr. Azərbaycan xalq nağılı – “Göyçək Fatma”; E.E.Şmidt – “Tanrıya 14 məktub”

15 oktyabr. C.Svift – “Qulliver çırtdanlar ölkəsində”; H. Cavid – “Şeyx Sənan”

16 oktyabr. Y.Entin, V.Livanov – “Bremen musiqiçiləri” (rus dilində); Ə.Əmirli – “Hasarın o üzü”

22 oktyabr. A.Lindqren – “Uzuncorab Pippi”; A.P.Çexov – “Qağayı”

23 oktyabr. A.Şaiq – “Tıq-tıq xanım”; M.Füzuli – “Leyli və Məcnun”

28 oktyabr. T.Vəliyeva – “Cəza” (monotamaşa; kiçik səhnə)

29 oktyabr. İngilis xalq nağılı – “Şən Elf və Cadugər”; M.F.Axundzadə – “Hekayəti-xırs quldurbasan”.

30 oktyabr. A.S.Puşkin – “Qızıl balıq”; M.F.Axundzadə – “Müsyö Jordan və dərviş Məstəli şah”.

***

Azərbaycan Dövlət Pantomima Teatrı da oktyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

Teatrda oktyabrın 2-də “Kişilər və qadınlar”, 8-9-da “Manqurt” tamaşaları göstəriləcək.

Bundan başqa, oktyabrın 15-16-da “Mən və Mən”, ayın 23-də “Yük”, 29-30 oktyabrda isə “Kişilər və qadınlar” tamaşaları nümayiş ediləcək.

Səhnə əsərləri saat 18:00-da təqdim olunacaq.