Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə xalq teatrlarının yeni əsasnaməsinin işlənməsi mövzusunda müşavirə keçirilib.

Sentyabrın 30-da paytaxtdakı İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində (Yasamal rayonu) təşkil olunan müşavirədə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları və baş idarənin rəisi İbrahim Əliyev mövzu ilə bağlı çıxış ediblər.

Müşavirədə xalq teatrlarının fəaliyyətindəki problemlərdən ətraflı söz açılıb. Xalq teatrlarının quruluş hissə müdirləri, rejissorlar, xalq kollektivləri və ansamblların rəhbərləri fikirlərini bölüşüblər. Fikir və təkliflər ətrafında müzakirələr aparılıb.