Xəbər verdiyimiz kimi, 28-30 sentyabr tarixində Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult – 2022") keçirilib. Tədbirə 115 ölkədən yüksək səviyyəli olmaqla, ümumilikdə 160 ölkədən nümayəndə heyəti qatılıb. Üç gün davam edən konfransda "İrs və mədəni müxtəliflik böhran dövründə", "Yenilənmiş və gücləndirilmiş mədəniyyət siyasəti", "Mədəniyyət dayanıqlı inkişaf üçün", "Yaradıcı iqtisadiyyatın gələcəyi" mövzularında müzakirələr aparılıb.

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə ölkəmizi təmsil edib. Nazirin "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusunda çıxışı, habelə keçirdiyi ikitərəfli görüşlər və eksklüziv müsahibələri Meksikanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Bəzi istinadları təqdim edirik:

Sentyabrın 29-da Meksikanın geniş izləyici auditoriyasına malik “Canal Once Noticias” televiziya kanalında nazir Anar Kərimovun kanalın xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçisi Federiko Lamonta verdiyi müsahibə efirə gedib. Müsahibə kanalın sosial şəbəkə hesablarında da yayılıb.

https://bit.ly/3fCHqyB

29 sentyabr tarixində bu ölkənin “Kanyon” radiosunda nazir Anar Kərimovun Federiko Lamonta verdiyi müsahibə efirə gedib.

Nazirin adıçəkilən müsahibəsi əsasında sentyabrın 29-da Meksikanın “Uno mas Uno” qəzetində “Ermənistanın işğalı bizim qədim mədəniyyətimizin dağılmasına və məhvinə səbəb olub” başlıqlı məqalə dərc olunub. Sözügedən məqalə qəzetin həm çap versiyasında, həm də internet resurslarında yayımlanıb.

https://bit.ly/3rofml5 ( səh.8 )

Sentyabrın 30-da Meksikanın “Contra Replica” qəzetində jurnalist Federiko Lamontun nazir Anar Kərimovla müsahibəsi əsasında “Mədəniyyətin qlobal gündəmdə saxlanılması” başlıqlı məqalə dərc olunub.

https://bit.ly/3Eibbia (səh.14)

Sentyabrın 30-da Meksikanın aparıcı mətbu orqanlarından “Reforma” qəzetində dərc olunmuş “Mədəniyyət atəş altında” başlıqlı məqalədə Mexiko şəhərində keçirilən UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult – 2022") zamanı nazir Anar Kərimovun çıxışına istinad edilib.

https://bit.ly/3Cq62Do

O cümlədən, 30 sentyabr tarixində Meksikanın geniş oxuyucu kütləsinə malik “El Heraldo de Mexico” qəzetində dərc edilmiş "Mondiacult – 2022" iştirakçılarının anlam verici ifadələri” başlıqlı məqalədə konfrans zamanı nazir Anar Kərimovun səsləndirdiyi fikirlərə istinad olunub.

https://bit.ly/3Ef9xhD

Meksikanın “Tendencias Hoy” xəbər portalında dərc olunmuş (30 sentyabr) "Mondiacult – 2022" konfransına həsr olunmuş məqalədə həmçinin nazir Anar Kərimovun öz çıxışında səsləndirdiyi fikirlər yer alıb.

https://bit.ly/3e62tca

Meksika dövlət qurumları və ölkədəki diplomatik korpus arasında böyük auditoriyaya malik “Protocolo” jurnalının internet resursunda nazir Anar Kərimovla müsahibənin videoyazısı yayımlanıb.

https://bit.ly/3SLxjFV