Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq İnvestisiya Konqresində (International Investment Congress) iştirak edən tanınmış modelyer-dizayner, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bu qurumun 2022-ci il üzrə “Annual Awards for Top Influencers-2022” nominasiyasında mükafata layiq görülüb.

Beynəlxalq tədbirin mükafatçıları, o cümlədən Fəxriyyə Xələfovanın iştirakı ilə mətbuat konfransı keçirilib. O, mətbuat konfransında Azərbaycan moda aləmi, özünün yaratdığı dizaynlar və parfümeriya haqqında məlumat verib. Fəxriyyə Xələfova  Beynəlxalq İnvestisiya Konqresinin növbəti tədbirini Bakıda keçirməyi təklif edib.