VIII Bakı Beynəlxalq Kitab Sərgisində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən bir neçə kitab və layihənin  təqdimatı keçiriləcək.

Oktyabrın 5-də Milli Kitabxananın stendi qarşısında “Şuşa tarixi sənədlərdə (Milli Kitabxananın fondundan)” və “Xurşidbanu Natəvan – 190” mövzusunda nadir kitabların və “Biz səni dirçəldəcəyik, əziz Şuşa!” adlı elektron məlumat bazasının, həmçinin “Şuşa tarixi mənbələrdə” adlı biblioqrafiya kitabının təqdimatı keçiriləcək.

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzinin təqdimat zonasında Azərbaycan Milli Kitabxanası ilə Albaniya Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanacaq. Həmin gün “Xurşidbanu Natəvan” biblioqrafiya kitabı, eləcə də “Xurşidbanu Natəvan” adlı elektron məlumat bazası təqdim olunacaq.

Oktyabrın 8-də Bakı Ekspo Mərkəzinin təqdimat zonasında Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi olan “Qarabağa kitabla gedək!” kitabtoplama kampaniyasına dəstək məqsədilə nəşriyyatlar tərəfindən kitab hədiyyə etmə mərasimi keçiriləcək.