Dekabrın 23-də Heydər Əliyev Sarayında Xalq artisti Ənvər Sadıqovun ilk böyük solo konserti keçiriləcək.

Gecədə musiqiçini bədii rəhbəri olduğu "Qaytağı" instrumental ansamblı və tanınmış incəsənət  xadimləri müşayiət edəcəklər.

Ənvər Sadıqov ilk böyük solo konsertində Əməkdar artist Emil Əfrasiyab ilə birgə yeni layihələrini də musiqisevərlərə təqdim edəcək.