Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında polyak yazıçısı Slavomir Mrojekin eyniadlı pyesi əsasında səhnələşdirilən “Yay günü”  tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşa oktyabrın 6-da Abbas Mirzə Şərifzadə adına səhnədə təqdim olunacaq.

Yeni yaradıcılıq işinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistenti Nərmin Həsənovadır. Tamaşada aktyorlar Ramin Şıxəliyev, Elsevər Rəhimov və Lalə Süleymanova iştirak edirlər.