Finlandiyanın paytaxtı Helsinkidə Ermənistanın ölkəmizin sərhədində törətdiyi son təxribatlarla əlaqədar məlumatlandırıcı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, şəhər vağzalının və Tuomiokirkko kilsəsinin önündə baş tutan aksiyalar Helsinki Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova tərəfindən təşkil olunub.

Azərbaycan bayrağı dalğalandıran aksiya iştirakçıları “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, regiondakı kommunikasiyaları bərpa et!” və digər şüarların yazıldığı plakatları nümayiş etdiriblər.

Aksiya ilə maraqlanan paytaxt sakinlərinə Ermənistanın ölkəmizə qarşı törətdiyi silahlı təxribatlar barədə məlumat verilib.