Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ Zəfəri ilə əlaqədar gümüş xatirə sikkəsi hazırlanıb.

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdə xatirə sikkəsini ona hədiyyə edib.

Səfir bununla bağlı özünün “Twitter” hesabında paylaşım edib. “Türkiyə haqlı mübarizəsində sonadək Azərbaycanın yanındadır”, – deyə Cahit Bağcı qeyd edib.