2022-ci il Ədəbiyyat üzrə Nobel mükafatı fransız yazıçı Anni Ernoya (Annie Ernaux) verilib.

Nobel Komitəsinin oktyabrın 6-da yaydığı məlumatda qeyd olunur ki, Anni Erno “şəxsi yaddaşın mənşəyini, özgələşməsini və kollektiv çərçivəsini ifşa etdiyi cəsarət və cərrahi dəqiqliyə” görə mükafata layiq görülüb.

Xatırladaq ki, bundan öncə isveçli genetik Svante Peebo tibb və fiziologiya, fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer, avstriyalı fizik Anton Tsaylinger fizika, amerikalı kimyaçılar Karolin Bertotsi və Karl Barri Şarpless, danimarkalı kimyaçı Morten Meldal kimya üzrə mükafatı qazanıblar.

Oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq. Mükafatlar dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.