Azərbaycanda memarlıq sənətinin təşəkkülündə mühüm xidmətləri olan görkəmli memarlar Mikayıl Hüseynov (1905-1992) və Sadıq Dadaşovun (1905-1946) Bakı şəhərində birgə abidəsi ucaldılacaq.

Prezident İlham Əliyev bununla bağlı oktyabrın 8-də sərəncam imzalayıb.

Sərəncama əsasən, Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə onların vahid kompozisiya şəklində birgə abidəsi qoyulacaq.

Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.