Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Milli istiqlal şairi Əhməd Cavad” adlı elektron məlumat bazası hazırlayıb. Elektron resurs Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, görkəmli şair, maarifçi və ictimai xadim Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illiyinə həsr olunub.

Kitabxanadan bildirilib ki, elektron bazada Əhməd Cavadın 120 və 130 illiyinin keçirilməsi haqqında dövlət başçısı tərəfindən imzalanan sərəncamların mətni, ədibin həyat və yaradıcılığını əks etdirən məlumatlar, onun haqqında tanınmış şəxsiyyətlərin fikirləri yer alıb. Burada Əhməd Cavadın müəllifi olduğu əsərlər, dövri mətbuatda çıxan məqalə və şeirləri, dünya klassiklərindən tərcümə etdiyi ədəbiyyat nümunələr haqqında məlumat verilib.

Bazada eyni zamanda Əhməd Cavad haqqında yazılan kitablar, məqalələr (Azərbaycan dili ilə yanaşı, türk və rus dillərində), dissertasiya və referatlar, sözlərinə bəstələnən musiqi əsərləri də təqdim edilib.

Qeyd edək ki, kitabxananın rəsmi saytında yerləşdirilən elektron baza ilə tanış olmaq istəyənlər https://ryl.az/melumat-bazalari/Ehmed_Cavad_el_melumat_bazasi/index.html linkinə keçid edə bilərlər.