Şəkidə 90 yaşı dərzi haqqında film çəkilib

 

Oktyabrın 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Köhnə radio” qısametrajlı sənədli filminin təqdimatı olacaq.

Ssenari müəllifi və prodüseri Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyev olan sənədli film Şəki sakini, 90 yaşlı Rasim Məmmədov haqqındadır.

Ömrünün 70 ilini dərzilik sənətinə həsr edən Rasim Məmmədovun həyat yolu, bu gün də həvəslə davam etdirdiyi fəaliyyəti filmdə əksini tapıb. Dərzi atelyesində keçən bu illərin bir şahidi də köhnə radiodur.

Flmdə Şəkinin ən məşhur ustası kimi tanınan R.Məmmədovun sənətinə olan sevgisi göstərilir, müasir Şəkinin fonunda onun köhnə dərzi atelyesi insanı keçmişə səyahətə aparır.

“Köhnə radio” qısametrajlı sənədli filmi Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ərsəyə gəlib.