Bakı Höte Mərkəzində (Goethe-Zentrum Baku) müharibənin gətirdiyi fəsadlara həsr olunmuş "Müharibə dumanı” sərgisi açılıb.

Sərgi Bakı Höte Mərkəzi tərəfindən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “Kapellhaus” və “Platformart”ın təşkilatçılığı ilə hazırlanıb.

Layihədə Azərbaycan, Ukrayna, Qazaxıstan, Norveç, Nigeriya, eləcə də Almaniyadan olan rəssam və fotoqraflar iştirak ediblər.

Sərgidə Karo Akpokiere, Orxan Hüseynov, Verena İssel, Nikita Kadan, Dmitro Kozatski, Mariya Kulikovska, Almagül Menlibayeva, Sabina Şıxlinskaya və Frank Thielin əsərləri nümayiş olunur.

Qeyd edək ki, sərgi noyabrın 13-dək davam edəcək.

Goethe-Zentrum Baku "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyinin binasında (28 May küçəsi 35) yerləşir.