Oktyabrın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 4 saylı kitabxana filialında Müstəqilliyin Bərpası Gününə (18 Oktyabr) həsr edilmiş "Qanımızla qazanılan müstəqillik" adlı tədbir keçirilib.

Məmməd Səid Ordubadinin Xatirə Muzeyi ilə birgə təşkil edilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin direktor əvəzi Yeganə Məmmədova, Əzim Əzimzadənin Ev-Muzeyinin direktoru İradə Əzimzadə, Bülbülün Memorial Muzeyinin əməkdaşı Təranə Quliyeva, Yasamal rayon MKS-nin 4 saylı kitabxana filialının müdiri Aynur Babayeva və başqaları çıxış edərək əlamətdar günün tarixindən, dövlətimizin keçdiyi müstəqillik yolundan söz açıblar.

Sonda şairə Xatirə İlkin və kitabxananın əməkdaşı İradə Hüseynova vətənpərvərlik mövzulu şeirlər səsləndiriblər.

Nurəddin