Yunanıstanın ölkəmizdəki səfirliyi ilə Beynəlxalq Muğam Mərkəzi (BMM) arasında memorandum imzalanıb.

Bu münasibətlə BMM-də keçirilən görüşdə direktor, Xalq artisti Murad Hüseynov səfir Nikolaos Piperiqkosa mərkəzin fəaliyyəti haqqında məlumat verib. Mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və konsertlərindən söz açılıb. Yunanıstan səfirliyi ilə birgə mədəni layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Görüşün sonunda BMM-lə və səfirlik arasında mədəni əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədə BMM-in direktoru Murad Hüseynov və səfir Nikolaos Piperiqkos imza atıblar.

Murad Hüseynov memorandumun mədəni əməkdaşlığa mühüm töhfə olacağına əminliyini ifadə edib.

Lalə