Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov ustad xanəndə, Əməkdar artist Süleyman Abdullayevi evində ziyarət ediblər.

Qeyd edək ki, illər öncə istedadlı musiqiçilər sorağı ilə Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini yüksək qiymətləndirmiş və onu peşəkar təhsil almaq üçün Bakıya dəvət etmişdi. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınır. Süleyman Abdullayev həmçinin sənətə gələn bir çox istedadların ustadı olub.

Qocaman sənətkara cansağlığı arzulayırıq.