Qırğızıstanda 7-9 oktyabr tarixində keçirilən Beynəlxalq "Eko Etno Kurak" festivalında ölkəmiz də təmsil olunub. Festivalda Qırğızıstan, Qazaxıstan, Rusiya, Özbəkistan, Almaniya, Gürcüstan, Monqolustan, İran, BƏƏ və Fransa nümayəndələri də iştirak ediblər.

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, modelyer Gülnarə Xəlilova festivalda iştirak edib. O, “Müasir dövrdə quramanın əhəmiyyəti” mövzusunda təqdimat edərək, Azərbaycanda bu sənət növünün  tarixindən, yaradıcılıq fəaliyyətində istifadə olunmasından söz açıb.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun qurama üzrə ustası Afaq Bayramova festival çərçivəsində ustad dərsləri keçib. O, İssık-Kul mövzusunda yaratdığı iki qurama işini təşkilatçılara hədiyyə edib. Festival iştirakçıları ilə birlikdə qurama ərsəyə gətirilib.