Füzuli Dövlət Dram Teatrı Mədəniyyət Nazirliyi və “Teatro.az” saytının təşkilatçılığı ilə 25-30 noyabr tarixində keçiriləcək “4.4” Qısa Tamaşalar Festivalında iştirak edəcək.

Kollektiv festivala Abdulla Elşadlının eyniadlı pyesi əsasında hazırlanan “Tənhalığın evi” (quruluşçu rejissor – Nicat Mirzəzadə) tamaşası ilə qatılacaq.

Füzulili teatr təmsilçiləri Azərbaycan Teatr Xadimlər İttifaqının Milli klassika festivalına da hazırlaşır. Onlar münsiflər qarşısında Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” komediyasını göstərəcəklər.

Hazırda teatrda Xəqani Əliyevin “Molla Nəsrəddin” (quruluşçu rejissor – Nicat Mirzəzadə) və Rəhman Əlizadənin “Əbləhlərin toyu” (quruluşçu rejissor – Asif Şirinov) əsərlərinin məşqləri gedir.