Azərbaycan Teatr Xadimləri İttifaqı Mədəniyyət Nazirliyi ilə birgə növbəti layihəyə başlayır.

Noyabrın 4-də 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin 2-ci ildönümünə həsr olunmuş “Zəfər sədası” adlı bədii qiraət müsabiqəsi keçiriləcək. Milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaq məqsədilə təşkil olunan müsabiqənin müəyyən şərtləri də var.

İştirakçılardan səlis danışıq, nitq qabiliyyəti, intonasiya tələb edən yarışmada yaş məhdudiyyəti yoxdur. Vətənpərvərlik mövzusunda şeirin (seçim sərbəstdir) qiraəti canlı olaraq münsiflər önündə təqdim ediləcək. Qaliblər mükafatlandırılacaq.