Salyan Dövlət Kukla Teatrının yaradıcı heyəti iki yeni səhnə nümunəsi üzərində çalışır.

İngilis yazıçısı Redyard Kiplinqin “Mauqli” nağılı əsasında eyniadlı tamaşaya rejissor Rafiq Mirzə quruluş verir. Xanımana Əlibəylinin “Dovşanın ad günü” adlı mənzum nağılını isə Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova səhnələşdirir. Hər iki tamaşa noyabrın sonlarında təqdim ediləcək.

Salyan kuklaçıları gələn ay paytaxtda keçiriləcək “4.4” Qısa Tamaşalar Festivalında da təmsil olunacaqlar. Heyət sənət yarışında “Sülh naminə birləşək!” adlı pantomim tamaşasını (quruluşçu rejissor – L.Hüseynova) nümayiş etdirəcək.