F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yazarlarımızı tanıyaq və mütaliə edək” layihəsi çərçivəsində uşaq yazarı Raziyyə Rəhimzadə ilə görüş keçirilib. “Beynəlxalq məktəb kitabxanaları günü” (21 oktyabr) ilə əlaqədar reallaşan görüşdə “Kaspi” liseyinin 3-cü sinif şagirdləri və müəllim heyəti iştirak edib.

Raziyyə Rəhimzadə “Qədim Bakı haqqında əfsanələr” kitabı haqqında ətraflı məlumat verib və oxucuların suallarını cavablandırıb. Rus dilində nəşr olunmuş “Qədim Bakı haqqında əfsanələr” kitabında müəllifin 11 hekayəsi yer alıb.

Kitabda gənc rəssam Nigar Mustafayevanın hekayələrə çəkiyi rəsmlərdə verilib. Görüşdə müəllif kitabını balaca oxucular üçün imzalayıb. Şagirdlər yazıçıya özlərinin çəkdiyi rəsmləri hədiyyə ediblər. Sonda xatirə şəkilləri çəkdirilib.