Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Azadə Novruzovanın “Yenə yadıma düşdün” kitabı Təbrizin “Yaşar qələm” nəşriyyatında çapdan çıxıb.

“Bu kitabı ürəyimin şəhəri Təbrizə sunuram” epiqrafı ilə işıq üzü görən nəşrdə  müəllifin Azərbaycan və fars dillərində qələmə aldığı şeirlər toplanıb. Şeirləri fars dilinə şair-tərcüməçi Xosrov Barışan çevirib.

Qeyd edək ki, Azadə Novruzovanın şeirləri rus, ingilis, ispan, ərəb və yapon dillərinə də tərcümə olunub.