Bu gün Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, görkəmli şair, dramaturq Hüseyn Cavidin (1882-1941) anadan olmasının 140 ili tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu münasibətlə yazıçının həyat və fəaliyyətinə həsr edilmiş silsilə materiallar – videoçarx, ənənəvi və virtual kitab sərgiləri hazırlayıb.

Videomaterial və virtual sərgidə dramaturqun həyat və yaradıcılığı haqqında geniş məlumatla yanaşı, Prezident İlham Əliyevin Hüseyn Cavidin 140 illik yubileyinin keçirilməsinə dair imzaladığı sərəncamın mətni, görkəmli şəxslərin ədib haqqında fikirlər də yer alıb.

Materiallarda Hüseyn Cavidin əsərlərindən parçalar, sözlərinə bəstələnmiş musiqilər, səhnələşdirilmiş əsərləri, müəllifi olduğu və onun haqqında yazılan 20-dən çox kitabın biblioqrafik təsviri, həyatından bəhs edən filmlərin siyahısı verilib.

Hazırlanan videoçarx və virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.