Oktyabrın 22-də Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Sehrli alma” nağıl-tamaşasının premyerası olub.

“Məlikməmməd” xalq nağılının motivləri əsasında qələmə alınmış tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları teatrın gənc aktyorlarından Səyyad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Saleh Əzimzadə, Aysel Cahangirova, Günel Abbaszadə, Amil İbrahimli, Vəfa Hacızadə və Teymur Hacızadə ifa ediblər.