Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov 2022-ci il 29 noyabr tarixində saat 10:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Nazir Yevlax və Mingəçevir şəhərlərindən, eləcə də Bərdə və Tərtər rayonlarından olan vətəndaşlarla görüşəcək, onların müraciətlərini dinləyəcək.

Vətəndaşlar 25 noyabr 2022-ci il tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.