UNESCO Rusiyanın Ukraynada apardığı hərbi əməliyyat zamanı maddi mədəniyyət nümunələrinin dağıdılmasını izləmək üçün peyk təsvirlərindən istifadə edir.

Təşkilatdan bildirilib ki, bu məlumatlar yaxın günlərdə ictimaiyyət üçün açıq olacaq.

Məlumatda qeyd olunur ki, Rusiyanın Ukraynada hərbi əməliyyata başladığı 24 fevraldan bəri 207 mədəniyyət obyekti zərər görüb. Onlardan 88-i kilsə, 15-i muzey, 76-sı tarixi əhəmiyyətli bina, 18-i heykəl, 10-u kitabxanadır.