Azərbaycanda ICESCO-nun Regional Ofisinin yaradılması haqqında saziş təsdiq edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Milli Məclisdə 11 oktyabr 2022-ci il tarixində qəbul olunan qanun dövlət başçısı tərəfindən imzalanaraq, 26 oktyabrda rəsmi mətbuatda dərc edilib və qüvvəyə minib.

Azərbaycanda ICESCO-nun Regional Ofisinin yaradılması haqqında saziş 2022-ci il mayın 20-də Bakı şəhərində imzalanıb.