Tanınmış müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov bu il də Bakıda ənənəvi qış konsertini keçirəcək.

Musiqiçinin mətbuat katibliyindən verilən məlumata görə, Rusiyada yaşayan estrada ulduzu dekabrın 15-də Heydər Əliyev Sarayında maraqlı konsert proqramı ilə çıxış edəcək.

Konsertdə müğənni sevilən hitlərini və ritmik melodiyalı əsərlərini musiqisevərlərə ərməğan edəcək. İfaçı lirik kompozisiyaları ilə yanaşı, yeni musiqilərini də təqdim etməyi planlaşdırır.

Bir sözlə, soyuq dekabr gecəsində konserti izləməyə gələnlərin qəlbi rəngarəng musiqi nömrələri ilə isinəcək, yaddaşlarda iz qoyacaq.

Lalə