Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar, musiqişünas, kulturoloq Elmir Mirzəyevin müəllif konserti keçirilib.

26-27 oktyabr tarixlərində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Elmir Mirzəyevin müasir musiqi sənətinin aktual mövzuları ilə bağlı mühazirələri təşkil edilib.

Birinci mühazirə rus bəstəkarı və musiqi nəzəriyyəçisi Arseni Avraamovun (1886-1944) "Fitlərin simfoniyası" (1922) əsərinin təhlilinə həsr olunub.

İkinci mühazirədə isə Elmir Mirzəyev ötən əsrin 60-80-ci illərində sovet bəstəkarlarının yaradıcılığında avanqard musiqi və yeni dövrün əlamətlərindən söhbət açıb.