Tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, mərhum professor Cəlal Qasımovun (1959-2021) “Repressiya ensiklopediyası” kitabı işıq üzü görüb.

“İmza” nəşrlər evində çap olunan kitabın redaktoru Mahir Cavadlı, tərtibçiləri Sevda Qasımova və Gülnar Osmanovadır.

Kitab uzun illər milli təhlükəsizlik orqanında məsul vəzifələrdə, sonra AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri işləmiş alimin müxtəlif arxivlərdə saxlanılan materiallar əsasında hazırladığı “qırmızı terror”a məruz qalmış soydaşlarımızın adlı siyahısından ibarətdir.

Nəşrdəki siyahı repressiya olunmuşların az bir hissəsini – minə yaxın şəxsi əhatə edir. Alim bu araşdırmaları bir silsilə kimi nəzərdə tutsa da, ömrü vəfa etmədi.