Nizami Kino Mərkəzində “Avanqard” kamera orkestrinin ifasında məşhur filmlərimizin soundtrekləri səslənib.

“Art-East Media Group” şirkətinin yeni layihəsi üzrə “Arşın mal alan”, “Gümüşgöl əfsanəsi”, “Yuxu”, ümumilikdə 20-dək ekran əsərindən seçilmiş musiqilər ilk dəfə yeni aranjimanqa təqdim edilib.

Layihənin məqsədi kino musiqisini yaşatmaq, dahi bəstəkarların irsini qorumaq, melodiyanın sehrini yüksək peşəkarlıqla dinləyiciyə çatdırmaqdır.

Canlı ifa ilə bərabər, rəqqasların çıxışları, ekranda unudulmaz filmlərdən fraqmentlər, əlvan animasiya elementləri, atəşfəşanlıq tamaşaçıları könlünü oxşayıb, nostalji duyğular yaradıb.

“Avanqard” orkestri eyni zamanda sevilən ekran əsərlərinə bəstələnmiş, amma notları qorunub saxlanmamış saundtrekləri yenidən bərpa etmək, ən yüksək səslənmə keyfiyyəti ilə, müasir daşıyıcılarla gələcək nəsillərə ötürmək niyyətindədir.