Noyabrın 2-də Bakıdakı Rus Evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) Özbəkistanın opera müğənnisi, “Registan” ansamblının rəhbəri Xursand Şerovun konserti keçiriləcək.

RİMM-dən bildirilib ki, X.Şerov əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin pərəstişkarıdır. O, velosipedlə 14 min kilometr yol qət edərək M.Maqomayevin xatirəsini ehtiramla yad edib məzarı üzərinə gül dəstələri düzmək üçün Daşkənddən Bakıya gəlib.

Opera müğənnisi Özbəkistan və Azərbaycan bayraqları ilə velosipedlə dünyanı gəzir. Artıq 7 ildir ki, musiqiçi dünyanı dolaşır dahi kumirinin mahnılarını ifa edir.