Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Mədəniyyət həftələri” layihəsi çərçivəsində təhsil ocağının tələbələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını izləyiblər.

BDU-dan bildirilib ki, tələbələrə bu il anadan olmasının 210 illiyi qeyd olunan görkəmli yazıçı-dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadənin məşhur komediyası və tamaşanın yaradıcı heyəti barədə məlumat verilib.

“Mədəniyyət həftələri” layihəsinin məqsədi tələbələrin bədii zövqünün formalaşdırılması, teatr və konsertlərə marağının artırılmasıdır.