“Dünya repressiya qurbanları günü” ilə bağlı tədbir

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına Şəhər kütləvi kitabxanasında “İşıqdan zülmətə” adlı tədbir təşkil olunub.

Baş idarədən bildirilib ki, “Dünya repressiya qurbanları günü”nə (30 oktyabr) həsr olunan tədbirdə əvvəlcə 1930-cu illər repressiyalarına həsr olunan videoçarx nümayiş etdirilib.

Çıxış edənlər milli-mənəvi sərvətlərimizin və mədəni irsimizin qorunduğu muzeylərdə repressiya dövrünə aid ekspozisiyalardan danışıblar. Repressiya qurbanlarının keşməkeşli həyatlarının tədqiqatçıları həmin məşəqqətli dövr və Stalinizmin amansızlıqları haqqında söz açıblar.

Sonda kitabxananın direktoru A.Kərimova tədbirin iştirakçılarına təşəkkürünü bildirib.