Qusar Dövlət Ləzgi Dram Teatrında Xalq şairi Nəriman Həsənzadənin “Qarabağ Azərbaycandır! Qarabağnaməm İlhamdı!” pyesi əsasında hazırlanan tamaşanın son məşqləri gedir.

Qəhrəmanlıq mövzulu səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov, quruluşu rəssam Marina Mahmudovadır.

Premyerası Zəfər Gününə nəzərdə tutulan səhnə əsərində rolları teatrın aparıcı aktyorları Bağır Əhmədov, Həsrət Nəsrullayev, Namik Mustafayev, Lalə Qurbanova, Kəmalə Səfərova, Diana Cəfərova, Tacir Şahbazov və Elnur Hacıyev ifa edirlər.