Noyabrın 12-də Akademik Rus Dram Teatrında tanınmış dramaturq Leon Aqulyanskinin pyesi əsasında hazırlanmış “Sevgi. İt@. Nöqtə.RU” (“Любовь.Собак@.Точка.RU”) tamaşasının premyerası olacaq.

Müasir əsərə fərqli səhnə yozumunu teatrın baş rejissoru, Xalq artisti Şarovski verib. Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Rəsulova, xoreoqrafik həll üzrə tərtibatçısı Xalq artisti Aleksandra Nikuşinadır.

İki nəfərlik komediya janrlı oyunda rolları Xalq artisti Aleksandra Nikuşina və Əməkdar artist Yuri Omelçenko ifa edirlər.