Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində rəşadətli Ordumuzun şanlı Zəfərini tərənnüm etmək məqsədilə noyabrın 4-də “Vətən bizə oğul dedi” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində 2020-ci il Vətən müharibəsi ilə bağlı videoçarx nümayiş olunub. Müharibəsi iştirakçıları İmran Rəcəbov, Ramin Şirinov, Fərid Əliyev Azərbaycanın suverenliyinin qorunması və torpaqlarımızın azadlığı uğrunda apardıqları döyüş əməliyyatlarından danışıblar.

Bədii hissədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konsert proqramı ilə davam edib.

Tədbirdə tələbələr, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.